Transcript · Azerbaijani
De8964
Bu gün.
Cənab nazirin səfəri
cənab prezidentlə görüşlə başladı və çox
yaxşı və detallı bir görüş və fikir
mübadiləsi
həyata keçdi. Mən onu qeyd etmək istərdim ki, ötən ay
Bişkekdə Şanxay Əməkdaşlıq
Təşkilatının sammiti çərçivəsində cənab prezidentin
Hindistan baş naziri ilə
görüşü baş tutmuşdu və həmin görüşün davamı
olaraq
dəyərli həmkarımın Azərbaycana səfəri baş
tutdu. Biz bu səfəri çox önəmli hesab edirik
və
kifayət qədər uzunmüddətli fasilədən sonra
bilavasitə səfər çərçivəsində
Hindistanın xarici işlər naziri ilə münasibətlərimizin bütün
aspektlərini müzakirə etmək olduqca önəmli və
faydalı idi. O da sirr deyil ki,
son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə
arasında fikir
müxtəlifliyi var idi
və belə olan təqdirdə bu, istər istəməz həm
ikitərəfli münasibətlərə, o cümlədən beynəlxalq əməkdaşlıq,
beynəlxalq
deməli, təşkilatlar çərçivəsində də bir sıra
əməkdaşlıq imkanlarına təsir edirdi.
Və bugün biz çox ətraflı, açıq şəkildə
və konstruktiv
formatda bütün bu məsələləri müzakirə etdik
və hesab edirəm ki, bunun Azərbaycan-Hindistan
münasibətlərinin daha da yüksək səviyyəyə çatdırılmasına
ciddi zəmin yaradacaq və bunun nəticələri
qısa müddətdə öz nəticəsini verəcəkdir.
End of transcript · 169 words