Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən antiterror və əməliyyat axtarış tədbirləri zamanı Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri qeydə alınmışdır.
Belə ki, əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin Azərbaycan Respublikası vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov,
Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə Azərbaycan Respublikasında ictimai və din xadimlərinin həyatına sui-qəsd etmək məqsədi ilə cinayət əlaqəsinə girməsi təsbit edilmiş, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları audio və video formatlarında qeydə alınaraq müvafiq qaydada sənədləşdirilmişdi.
Görüşlərimizin birində Elcünün kirayə qaldığı evdə dərstdən sonra Elcün və Cəlal arasında belə bir dialoq getdi ki, Azərbaycanda bəzi vəzifəli şəxslər və din, dinşünasları barəsində aqressiv çıxışlar etdilər.
Aqressiv çıxış sadəcə onlara duymuş olduqları nifrətdən, qəzəbdən dolayı onları cəzalandırmaq istədiklərini deyirdilər.
Qardaşlarla otururduq, həmişə islamdan başqa şeylərdən söhbət edirdik.
Bir də oturanda həmin bu islama qarşı olan münafiquər olsun, başqa islama qarşı gələn kim olarsa olsun, onlar barəsində müzakirə aparmışıq ki, onların cəza cəzalanması ilə bağlı danışıqlar aparmışıq.
Çayxanada, yəni ictimai iaşə obyektlərində o da demişik ki, bunların yaşamaqdan çox ölməkləri daha yaxşı olar.
İslamın əleyhinə qarşı bəzi insanlar olub.
Onlar haqqında bəzi məclislərdə belə aqressiv sözlər işlətmişəm.
Məsələn, onların cəzalandırılması və s. və ilaxır.
Başlanılmış cinayət işi üzrə istintaq əməliyyat tədbirləri ilə müəyyən edilmişdi ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri Azərbaycan Respublikası vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədi ilə onların daimi hərəkət marşrutlarını və şəxsi mühafizə
vəziyyətini araşdırmış, bu barədə məlumat toplamış, planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşmişlər.
Bir nəfər var idi.
Əşitdim ki, bu münafiqlik eləyib. Müslümanların əleyhinə satqınlıq eləyib.
Mən də onu cəzalandırmaq istədim. Cəlal ilə danışdım.
Cəlaldan soruşdum ki, bunu tanıyırsanmı? Harada yaşayır bu?
2023-cü ildə Rosca chat platformasına daxil olmuşam. Həmin illərdə İŞİD-ə rəğbətim olur və orada yaşamaq, oraya getmək istəmişəm.
Sonradan həmin platformada Rosca chat platformasında oranın üzvü ilə əlaqə qurmuşam və getmək istədiyimi bildirmişəm.
Həmin illər ərzində Rosca chat platformasında partlayıcı vasitələrin düzəldilməsi ilə bağlı videolar görmüşəm.
Və öyrənməyə çalışmışam.
Və bunu Cəlal adlı şəxslə belə bir şeyi bildiyimi bölüşmüşəm və gələcəkdə mənə lazım olacağını düşünmüşəm.
Həmçinin davam etdirilən araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan Azərbaycan Respublikası vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Elcün İsmayılov, Nail Rəsulov və qeyriləri vasitəsilə Azərbaycan Respublikası hüdudlarından kənarda dini radikalizm
zəmnində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi təsbit olunmuşdur.
Böyük bir məsələlərə çatmaqdır. Sənə desin ki, belə bilməsinlər.
Böyük məsələ var axı terroru terroru maliyyələşdirmişəm.
Bundan böyük məsələ varmı? O dedi qardaş, bəlkə səndən başqa böyük bir ələk işi getsə nə olar?
Əfqanıstanda bəzi müslümanlara pul göndərmişəm 2014-cü ildən.
Ümumi on min dollar falan olar. Kriptovalyuta yolu ilə göndərmişəm.
Özüm belə birjada ticarət eləyirəm, oradan qazanuram.
Sədəqə belə falan yığırdım belə formada.
Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə saxta elanlar yayımlandığı, müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, habelə köçürmə mexanizmlərinə dair çoxsaylı möhtəbər dəlillər əldə edilmişdi.
Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilmiş, beş ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın
ümumilikdə on üzvü saxlanılmışdı. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilmişdi.
Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Elcün İsmayılov və Nail Rəsulov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 218.1,
28, 277-ci terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik, təşkilat yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq və digər maddələri ilə istintaqa aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri
seçilmişdi. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.
End of transcript · 651 words
Up next
0:40 Concerns About School and Exams
7:28 Social Justice and Education Principles
1:56 Emergency Air Traffic Communication
0:42 Discussion on Personal Relationships
0:40 Discussion on Big Boss Season 8
5:07 Discussion on Racism and Hate Speech
4:47 Discussion on Religious Allegiance and the Constitution
0:21 Skewmond and Perkz Relationship Breakdown
2:21 Discussion on Political Neutrality and Police Actions
5:10 Interview with the President on Election Results
1:42 Analysis of a Football Match Incident
2:41 Police Encounter and Rights Discussion
Made with TranslateMom
TranslateMom transcribes and translates videos from X, TikTok, YouTube and Instagram. Paste a link and you get a page like this one, in your language.