Terrorism Investigation in Azerbaijan
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən antiterror
və əməliyyat axtarış tədbirləri zamanı Azərbaycan Respublikası və
xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa
hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət
əməlləri qeydə
alınmışdır.
Belə ki, əvvəllər “Sumqayıt camaatı” adlı terror
qruplaşmasının
tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar
Abdullayevin Azərbaycan Respublikası vətəndaşları Cəlal Hacıyev,
Cavid Əliyev,
Nicat Əhmədov,
Nazim Əliyev,
İlkin Həsənzadə və qeyriləri ilə Azərbaycan Respublikasında ictimai
və din xadimlərinin həyatına sui-qəsd etmək məqsədi ilə cinayət
əlaqəsinə girməsi təsbit edilmiş, onların bu məqsədlə keçirdikləri gizli
görüşlər, telefon danışıqları audio və video
formatlarında
qeydə alınaraq müvafiq qaydada sənədləşdirilmişdi.
Görüşlərimizin birində
Elcünün kirayə qaldığı evdə
dərstdən sonra Elcün və
Cəlal arasında belə bir dialoq getdi ki, Azərbaycanda
bəzi vəzifəli şəxslər və din, dinşünasları
barəsində
aqressiv çıxışlar etdilər.
Aqressiv çıxış sadəcə onlara duymuş olduqları nifrətdən, qəzəbdən dolayı
onları cəzalandırmaq istədiklərini deyirdilər.
Qardaşlarla otururduq, həmişə
islamdan başqa şeylərdən söhbət edirdik.
Bir də oturanda
həmin bu islama qarşı olan münafiquər olsun, başqa
islama
qarşı gələn kim olarsa olsun, onlar barəsində müzakirə aparmışıq ki,
onların cəza cəzalanması ilə bağlı danışıqlar aparmışıq.
Çayxanada, yəni ictimai iaşə obyektlərində o
da demişik ki, bunların yaşamaqdan çox ölməkləri daha
yaxşı olar.
İslamın əleyhinə qarşı bəzi insanlar olub.
Onlar haqqında bəzi məclislərdə belə aqressiv sözlər işlətmişəm.
Məsələn, onların cəzalandırılması və s. və ilaxır.
Başlanılmış cinayət işi üzrə istintaq əməliyyat tədbirləri ilə müəyyən edilmişdi
ki, cinayətkar birliyin üzvləri əvvəlcədən
hədəf kimi seçdikləri
Azərbaycan Respublikası vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədi
ilə onların daimi hərəkət marşrutlarını və şəxsi mühafizə
vəziyyətini araşdırmış, bu barədə məlumat toplamış, planlaşdırılan
cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq
barədə sövdələşmişlər.
Bir nəfər var idi.
Əşitdim ki, bu münafiqlik eləyib.
Müslümanların əleyhinə
satqınlıq eləyib.
Mən də onu cəzalandırmaq istədim. Cəlal ilə danışdım.
Cəlaldan soruşdum ki, bunu tanıyırsanmı? Harada yaşayır bu?
2023-cü ildə
Rosca chat platformasına
daxil olmuşam. Həmin illərdə İŞİD-ə rəğbətim olur
və orada yaşamaq, oraya getmək istəmişəm.
Sonradan
həmin platformada Rosca chat platformasında
oranın üzvü ilə əlaqə qurmuşam və getmək istədiyimi bildirmişəm.
Həmin illər ərzində Rosca chat platformasında
partlayıcı vasitələrin düzəldilməsi ilə bağlı videolar görmüşəm.
Və
öyrənməyə çalışmışam.
Və bunu
Cəlal adlı
şəxslə belə bir şeyi bildiyimi bölüşmüşəm
və gələcəkdə
mənə lazım olacağını düşünmüşəm.
Həmçinin davam etdirilən araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal
Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan Azərbaycan
Respublikası
vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov,
Elcün İsmayılov, Nail Rəsulov və qeyriləri vasitəsilə
Azərbaycan Respublikası hüdudlarından kənarda dini radikalizm
zəmnində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o
cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta
sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi təsbit
olunmuşdur.
Böyük bir məsələlərə çatmaqdır. Sənə desin ki, belə bilməsinlər.
Böyük məsələ var axı terroru terroru maliyyələşdirmişəm.
Bundan böyük məsələ varmı?
O dedi qardaş, bəlkə səndən başqa böyük bir ələk işi
getsə nə olar?
Əfqanıstanda bəzi müslümanlara pul göndərmişəm 2014-cü ildən.
Ümumi
on min dollar falan olar. Kriptovalyuta yolu ilə göndərmişəm.
Özüm belə birjada ticarət eləyirəm, oradan qazanuram.
Sədəqə belə falan yığırdım belə formada.
Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi
cinayətlərinin
törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə saxta elanlar
yayımlandığı, müxtəlif dini ayinlərin icrası adı altında
toplanmış pul
vəsaitlərinin mənbəyi, habelə köçürmə mexanizmlərinə dair
çoxsaylı
möhtəbər dəlillər əldə edilmişdi.
Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə
tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində
iştirak edən müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar
birliyin geniş dairəsi ifşa edilmiş, beş ölkə ərazisində
paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın
ümumilikdə on üzvü saxlanılmışdı.
Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan
Respublikasına ekstradisiya edilmişdi.
Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid
Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə,
Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Elcün
İsmayılov və Nail Rəsulov Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 214-1, 218.1,
28, 277-ci terrorçuluğun
maliyyələşdirilməsi, cinayətkar birlik, təşkilat yaratma,
dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə
hazırlıq və digər maddələri ilə istintaqa aparılan cinayət
işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək
məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri
seçilmişdi. Hazırda cinayət işi üzrə istintaq
əməliyyat tədbirləri
davam etdirilir.
End of transcript · 651 words