Physical Assault on Autistic Child

Paytaxtda autizmli azyaşlıya qarşı fiziki zorakılıq edilib.

Hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Məsələ ilə əlaqədar əməkdaşımız Günel Məmmədyarlı

hadisənin yaşandığı ünvana yollanıb və hazırda canlı bağlantıdadır.

Salam Günel, buyur, səni eşidirik.

Salam Səbinə, hər vaxtınız xeyir olsun.

Tamaşaçılarımızı da salamlayıram. Bəli,

ötən gün baş verən hadisə cəmiyyətdə ciddi rezonans doğurdu.

Belə ki, 29 yaşlı şəxs autizmli uşağa qarşı fiziki təzyiq göstərib.

Hadisə hazırda olduğumuz Nərimanov rayonu Əliəşrəf Əlizadə 57 ünvanında baş verib.

Belə ki, 29 yaşlı şəxs liftə daxil olmaq istəyən

uşağa təzyiq göstərib və onu itələyərək yerə yıxılmağına səbəb olub.

Azyaşlının valideyni həmin görüntüləri sosial şəbəkədə

paylaşandan sonra, təbii ki, insanların qınağına və qorxusuna səbəb olub.

Vətəndaşlar bildirirlər ki, artıq nəinki uşaqlar,

hətta özləri belə liftə minməyə cəsarət etmirlər, qorxurlar.

Biz hadisənin baş vermə təfərrüatlarını azyaşlının anasından öyrənəcəyik.

Salam Fidan xanım, zəhmət olmasa yaxınlaşarsız. Hər vaxtınız xeyir olsun.

Gördüyünüz videolarda oğlum liftə girmək istəyir.

Və orada bir oğlan onu itələyir. Və mən ora çatana qədər, düşənə qədər... Oğlumu heç vaxt tək qoymuram, məni qınayırlar.

Sadəcə mən gələnə qədər oğlum liftə girir.

Və mən gəldiyimdə artıq oğlumun ağlayaraq nitqini itirdiyini və özünü itirdiyini görürəm.

Soruşanda heç bir şey cavab vermir. Və heç vaxt belə bir hadisə ilə rastlaşmamışam. Oğlumun 11 yaşı var

və nitqi var. Nitqini itirəndə artıq anlamadım nə olub.

Sadəcə evə apardım. 4-5 saat nitqini itirdi.

Bu videonu paylaşmaq səbəbim sadəcə, yəni bütün valideynlər bilsin ki,

belə insanlar aramızdadır. Əlbəttə ki, mən polisə müraciət etdim və çox az müddətdə polislər

tutdular, apardılar. Və bildiyim qədərilə

artıq dispanserə yerləşdirilib.

Və bütün valideynlər istəyirəm ki, bilsinlər ki, belə insanlar var aramızda və uşaqlarımızı qətiyyən tək qoymayaq.

Fərqi yoxdur autizm və ya autizm deyil, hər şey ola bilərdi.

Yaxşı ki, sadəcə belə bitdi, yəni hər şey ola bilərdi.

Həmin əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və son verilən məlumata görə,

onun səhhəti nəzərə alınaraq tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində tədbirlər görülür.

Hələlik isə çatdıracağım məlumatlar bunlar idi. Biz hadisəni araşdıracağıq və daha ətraflı məlumatı

növbəti efirlərdə sizin diqqətinizə çatdırmağa davam edəcəyik.

Buyur Səbinə, söz sizdədir.

Təşəkkür eləyirik Günel, həm sənə, həm valideynə ətraflı məlumat verdiyinə və bu mövzunu işıqlandırdığına görə.

Doğrudan da cəmiyyətdə böyük bir rezonans doğurdu, müzakirələrə səbəb oldu. Amma yenə də

düşünürük ki, hüquqi tərəfi nədirsə, mütləq məsələ hüquqi həllini tapacaq.

Biz isə buraxılışımızın növbəti xəbərilə davam eləyirik.

End of transcript · 388 words

iPhone app Translate videos on your iPhone Paste a TikTok, Instagram or X link, add subtitles in your language and save the video to Photos.

Read any video in your language

Paste a link from X, TikTok, YouTube or Instagram. You get a page like this one.

© 2026 TranslateMom Transcripts Sources Pricing Legal