Teacher's Perspective on Faith and Service
Salam.
Bu videonu çəkmək mənim üçün heç də asan deyil.
Mən bir müəlliməm və hicab mənim üçün sadəcə bir baş örtüyü deyil.
Bu mənim inancımın və seçimimin bir hissəsidir.
Mənim atam Qarabağ qazisidir. O, bu vətən üçün, torpaq üçün,
namusumuz və gələcəyimiz üçün canını ortaya qoyaraq döyüşmüş bir
insandır. Amma bugün mən bir sual qarşısında
qalmışam.
Sən demə, vətən üçün canını ortaya qoyaraq döyüşmüş
insanların
qızları
öz inancını qoruyaraq vətənə xidmət etmək istəyərkən seçim qarşısında
qala bilermiş.
Mən vətənimi sevirəm. Mən dövlətimə,
peşəmə və şagirdlərimə çox bağlıyam.
Amma bir sual vermək istəyirəm. Bir insanın hicabı onun
vərinliyə, biliyinə və vətənə olan sevgisinə necə
mane
ola bilər?
Mən işləmək, öyrətmək və vətənə faydalı
bir müəllim olmaq istəyirəm. Amma bunu inancından vaz keçmədən etmək
istəyirəm.
Ümid edirəm ki, bu məsələ
insanların hisləri, vicdanı və hüquqları nəzərə
alınaraq həll olunar.
Vətənə xidmət etmək sadəcə bir formada olmur.
Bəzən bir əsgər silahla, bir müəllim də qələmlə xidmət edir.
End of transcript · 154 words