Hicablı müəllim inancını qoruyaraq işləmək istəyindən danışır
1 min About Azerbaijan
1 min About Azerbaijan
Salam. Bu videonu çəkmək mənim üçün heç də asan deyil.
Mən bir müəlliməm və hicab mənim üçün sadəcə bir baş örtüyü deyil.
Bu mənim inancımın və seçimimin bir hissəsidir.
Mənim atam Qarabağ qazisidir. O, bu vətən üçün, torpaq üçün, namusumuz və gələcəyimiz üçün canını ortaya qoyaraq döyüşmüş bir insandır. Amma bugün mən bir sual qarşısında qalmışam.
Sən demə, vətən üçün canını ortaya qoyaraq döyüşmüş insanların qızları öz inancını qoruyaraq vətənə xidmət etmək istəyərkən seçim qarşısında qala bilermiş.
Mən vətənimi sevirəm. Mən dövlətimə, peşəmə və şagirdlərimə çox bağlıyam.
Amma bir sual vermək istəyirəm. Bir insanın hicabı onun vərinliyə, biliyinə və vətənə olan sevgisinə necə mane ola bilər?
Mən işləmək, öyrətmək və vətənə faydalı bir müəllim olmaq istəyirəm. Amma bunu inancından vaz keçmədən etmək istəyirəm.
Ümid edirəm ki, bu məsələ insanların hisləri, vicdanı və hüquqları nəzərə alınaraq həll olunar.
Vətənə xidmət etmək sadəcə bir formada olmur.
Bəzən bir əsgər silahla, bir müəllim də qələmlə xidmət edir.
End of transcript · 154 words
TranslateMom transcribes and translates videos from X, TikTok, YouTube and Instagram. Paste a link and you get a page like this one, in your language.